“Barselona”dan təklif: Suares üçün 70 milyon və Aleksis Sançes
03.07.2014 - 23:01
“Berselona” klubu Uruqvay millisinin hücumçusu Luis Suareslə bağlı “Liverpul”a təklif irəli sürüb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bunun üçün ingilis klubuna 70 milyon funt və Aleksis Sançesi verməyə hazırdır.
Amma Sançes özü “Liverpul”a keçmək istəmədiyindən, “Barselona”nın Suares üçün tam qiyməti ödəməsi gündəmdədir. “Liverpul” isə futbolçunun transfer qiymətinin 125 milyon avro olduğunu bildirir. Tərəflərin danışıqları davam etdirməsinə baxmayaraq, müqavilə imzalanmayıb.
0
0