Bu mövsüm Çempionlar Liqasını 1/4 finalda başa vuran və ölkə çempionluğu şansları azalan “Barselona”nı “yarpaq tökümü” gözləyir. Apasport.az saytının məlumatına görə, klubu bir neçə aparıcı oyunçu tərk edə bilər.
Qeyd edək ki, İspaniya mətbuatı “Barslona”nın baş məşqçisi Herardo Martinonun mövsümün sonunda komandanı tərk edəcəyini yazıb. Bundan əlavə, klubu ən azı 7 aparıcı futbolçunun da tərk edəcəyi bildirilir. İddiaya görə, müdafiəçi Daniel Alves, havbeklər Fransesk Fabreqas, Aleksis Sançes, Aleksandr Sonq, Kristian Telo, Xonatan Dos Santos, eləcə də icarə əsasında “Ayaks”da çıxış edən yarımmüdafiəçi İsaak Kuenkanın mövsümün sonunda “Nou Kamp”ı tərk edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl komandanın canlı əfsanəsi Karles Puyol mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.