“Barselona”nın baş məşqçisi komandada qalır
19.03.2014 - 02:39
“Barselona”nın baş məşqçisi komandada qalır

 

 

“Barselona” futbol klubunun vitse-prezidenti Manuel Arroyo baş məşqçi Herardo Martinonun mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Arroyo söylənilənlərin yalan olduğunu bildirib.

 

Vitse-prezident qeyd edib ki, baş məşqçini heç bir yerə buraxmaq və ona əvəz axtarmaq fikrində deyillər: “Martinonun “Barselona” ilə qüvvədə olan müqaviləsi var. Hazırda o, bütün diqqətini komandanın mövsümün qalan hissəsini uğurla başa vurması üzərində cəmləyib”.