“Barselona”nın hücumçusu London yolunda
24.12.2015 - 22:05
“Barselona”nın hücumçusu Sandro Ramires iş yerini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, gənc futbolçu ilə “Tottenhem” maraqlanır.
Artıq londonlularla katalonlar arasında danışıqlara start verilib. İspaniya çempionu hücumçu üçün 12 milyon avro tələb edir. Ancaq ingilislər bu məbləği mümkün qədər aşağı çəkməyə çalışır.
Yanvarda keçidin baş tutacağı gözlənilir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0