“Barselona”nın kapitanına Azərbaycandan təklif
28.06.2014 - 10:34
“Barselona”nın kapitanına Azərbaycandan təklif

Dünyanın ən məşhur futzalçılarından olan Xordi Torrras gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin liderlərindən sayılan 33 yaşlı oyunçu kapitanı olduğu “Barselona”dan ayrılmağa üstünlük verib.

1996-2003 və 2010-14-cü illərdə çıxış etdiyi Kataloniya təmsilçisinin rəmzlərindən biri olan Torras Azərbaycan, Qətər, Rusiya və İtaliyadan aldığı təkliflər arasında seçim edib.

Adı açıqlanmayan klubumuzun da “elçi” düşdüyü futzalçı sonda A seriyasında oynamağı məqsədəuyğun sayıb. Torras İtaliyanın “Asti” klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Torras İspaniya millisində 1 dəfə dünya, 4 dəfə Avropa çempionu olub.

0