“Barselona”nın müdafiəçisi “Roma” ilə razılığa gəldi
20.07.2015 - 10:17
“Barselona”nın braziliyalı futbolçusu Adriano Korrea karyerasını İtaliyada davam etdirməyə çox yaxındı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi “Roma” ilə ilkin razılığa gəlib.
Adrianonun yeni klubu ilə neçə illik müqavilə bağlayacağı hələ açıqlanmır. İtalyanlar yaxın günlərdə Kataloniya klubunun rəhbərliyinin də razılığını almağa çalışacaqlar.
Qeyd edək ki, Adriano “Barselona”ya 2010-cu ildə “Sevilya”dan transfer olunub. O, kataloniyalıların heyətində ümumilikdə 170 oyunda 16 qola imza atıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0