“Barselona”nın müdafiəçisi sıradan çıxdı
16.07.2014 - 23:56
“Barselona”nın müdafiəçisi sıradan çıxdı

“Barselona”nın müdafiəçisi Adriano Korreya 4-6 həftə ərzində komandadan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, mövsüm öncəsi yoxlama zamanı futbolçunun ürəyində problemlər aşkar edilib.

 

Oktyabr ayında 30 yaşı tamam olacaq futbolçu ürək ritminin pozulması ilə bağlı müalicə olunmalıdır. Bundan əlavə, həkimlər ona xüsusi fiziki hərəkətlər müəyyən edəcəklər.

 

Adriano ötən mövsüm 26 oyunda iştirak edib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib və 8 sarı vərəqə alıb.