“Barselona”nın vitse-prezidenti: Nə qədər lazımdırsa, xərcləyəcəyik
15.03.2014 - 04:37
“Barselona”nın vitse-prezidenti Havyer Faus rəhbərliyin yay transferində xəsislik edəcəyi ilə bağlı xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, o, klubun marketinq sahəsində uğur qazandığını vurğulayıb.
Faus pul xərcləməyə hazır olduqlarını bildirib: “Yay mövsümündə məşqçi qərargahının istəyindən çıxış edərək, transfer bazarında nə qədər lazımdırsa, o qədər xərclənəcək. Bizim hələ marketinqdən bu qədər gəlirimiz olmayıb – gəlir 50 faiz artıb. Əgər biz Çempionlar Liqasının 1/4 mərhələsinə çıxmasaydıq, gəlirin 20 faizini itirərdik”.
0
0