“Barselona”ya milyonlarla avro maliyyə fırıldağı ittihamı
04.06.2014 - 02:39
“Barselona”ya milyonlarla avro maliyyə fırıldağı ittihamı

 

İspaniya Vergi Xidməti 2013-cü ildə Neymarın “Santos”dan “Barselona”ya transferinin araşdırılmasının nəticələrini kral məhkəməsinə təqdim edib. Apasport.az saytının məlumatına görə, istintaq Kataloniya klubunun bilərəkdən 9 milyon avronu vergidən gizlətdiyi qərarına gəlib.

 

Maxinasiyada ilk növbədə “Barselona”nın keçmiş prezidenti Sandra Rosselin adı çəkilir. Qeyd edək ki, Rossel bu ilin yanvarında tutduğu postu tərk edib. “Barselona” dövlətə vurulan ziyanı ödəsə də, bu fakt istintaqın dayandırılmasına gətirib çıxartmayıb.