“Qaziantepspor”un baş məşqçisi postundan istefaya verən Sergen Yalçın planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur futbolçusu gələn mövsümə qədər yeni komanda ilə işləmək istəmədiyini bəyan edib.
Xatırladaq ki, Yalçın dünən gözlənilmədən “Qaziantepspor”un baş məşqçisi postundan istefaya getdiyini açıqlayıb. O, komandanın başına keçəndən sonra “Qaziantepspor”u yüksək liqadan çıxmaq təhlükəsindən uzaqlaşdırdığından, qərarı bir o qədər gözlənilməz olub. Bəziləri onun bu qərarını başqa komandaya keçmək istəyi ilə bağlayıb.
Amma Sergen Yalçın bu iddiaları təkzib edib. Gördüyü işlərin ortada olduğunu vurğulayın mütəxəssis yorulduğunu və mövsümün sonuna qədər dincəlmək istədiyini bildirib. O, şərhçi kimi televiziyaya qayıdacağını da qəti şəkildə istisna edib.