“Bavariya” 2 transferi açıqladı - FOTO
10.05.2016 - 15:31
“Bavariya” 2 transferi açıqladı - FOTO

“Benfika”nın yarımmüdafiəçisi Renato Sançes karyerasını “Bavariya”da davam etdirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı futbolçunun Münhen təmsilçisinə keçidi artıq rəsmiləşib.

 

Portuqaliyalı millisinin debütantı yeni komandası ilə 5 illik müqaviləyə qol çəkib. Almaniya çempionunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge təqdimat mərasimində gənc yarımmüdafiəçidən çox şey gözlədiklərini söyləyib: “Renato çox cəld və texnikalı futbolçudu. Biz onu çoxdan izləyirdik. Rəqabətdən qalib ayrılıb bu keçidi həll etdiyimiz üçün sevinirəm. O, döyüşkənliyi və texniki bacarıqları ilə komandamıza xeyir verəcək”.

 

Bu transfer “Benfika”ya 35 milyon avro qazandırıb. Ancaq Renatonun “Bavariya”dakı çıxışına görə, portuqaliyalılar əlavə 10 milyon avro bonus da əldə edə bilərlər.

 

Rummenigge həmçinin Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsi transfer etdiklərini də bəyan edib. O, 27 yaşlı futbolçunun onlarla 5 illik müqavilə imzalayacağını deyib: “Hummelsin bizi seçməsinə çox şadıq. O, dünyanın ən güclü mərkəz müdafiəçilərindən biridi və komandamıza güc qatacağına şübhə yoxdu”.

0