“Bavariya” MLS ulduzlarına uduzdu
08.08.2014 - 06:58
Futbol üzrə Almaniya çempionu olan “Bavariya” klubu ABŞ-ın əsas futbol liqasının ulduzları ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Portlend şəhərində keçən görüş münhenlilərin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Bavariya”nın heyətində Robert Levandovski (8) fərqlənib. MLS ulduzlarının heyətində isə qolları Bredli Rayt-Fillips (51) və Lendon Donovan (70) vurublar.
Bu oyun münhenlilərin Almaniya Superkuboku uğrunda “Borussiya” ilə matç qarşısında sonuncu məşqi olub. Oyun avqustun 13-də baş tutmalıdır.
0
0