“Bavariya” yeni başqanını seçdi
03.05.2014 - 02:01
“Bavariya” yeni başqanını seçdi

 

Vergidən yayındığına görə barəsində uzun müddətli həbs qərarı çıxarılan “Bavariya” futbol klubunun keçmiş prezidenti Uli Hennesin yerinə yeni şəxs seçilib. Apasport.az saytının məlumatına görə, bu posta indiyə kimi klubun vitse-prezidenti olan Karl Hopfner gətirilib.

 

“Bavariya”nın növbədənkənar konfransına qatılan 1593 nümayəndədən 1587 nəfəri Hopfnerin namizədliyini dəstəkləyib. Hopfnerin yerinə vitse-prezident postuna isə Rudolf Şhels seçilib.

 

99,6 faiz səs toplayaraq “Bavariya”nın prezidenti seçilən Hopfner Uli Hennesin ünvanına xoş sözlər deyib: “Hennes “Bavariya”nın beyni, qəlbi və ruhudur”.

 

Qeyd edək ki, “Bavariya”da prezidenti normal halda 4 illiyə seçilsə də, Hopfner 2 il müddətinə seçilib.