“Bavariya”dan 16 yaşlı futbolçu üçün yarım milyon
21.08.2015 - 23:13
Münhenin “Bavariya” klubu heyətinə gənc futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Bundesliqa çempionu 16 yaşlı futbolçu Timoti Tillman ilə anlaşıb.
Almaniyanın U-16 milli komandasının da şərəfini qoruyan gənc futbolçu üçün münhenlilər “Qroyter Fürt”ə 500 min avro ödəyib.
Qeyd edək ki, gənc futbolçu milli forma ilə 2 dəfə meydana çıxıb.
0
0