“Bavariya”nın futbolçusu zədələndi
09.08.2014 - 04:29
“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayqer topuğundan zədələnib. Apasport.az saytının məlumatına görə, hadisə MLS ulduzları ilə yoldaşlıq görüşü zamanı baş verib.
Tibbi müayinə zədənin orta ağırlıq dərəcəsində olduğunu göstərib. Onun yaxın günlərdə məşqlərə qayıdacağı gözlənilir. Həkimlər onun avqustun 13-də Almaniya Superkuboku uğrunda matçda iştirak edəcəyini istisna etmirlər.
0
0