“Bayer” yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı
20.02.2015 - 20:52
“Bayer” yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı

“Bayer” yarımmüdafiəçisi Kərim Bellarabiylə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Leverkuzen klubu ilə 2020-ci ilə qədər “nigah” bağlayıb.

 

Mərakeş əsilli almaniyalı oyunçunun hazırkı müqaviləsi 2017-ci ilin sonunda başa çatacaq. Lakin yeni müqavilənin maliyyə tərəfi hələ açıqlanmayıb.

 

Qeyd edək ki, Bellarabi cari mövsümündə Bundesliqada 21 matçda forma geyinib və rəqib qapılarından 9 top keçirib.