“Benfika” Portuqaliya çempionu oldu
21.04.2014 - 21:33
Lissabonun “Benfika” futbol klubu öz meydanında “Olyanense” klubuna qalib gələrək Portuqaliya çempionu olub. Apasport.az saytının məlumatına görə, bu, Lissabon klubunun 2010-cu ildən bu yana ilk, ümumilikdə isə 33-cü çempionluğudur.
Beləliklə, baş məşqçi Jorj Jezuanın futbolçuları “Portu”nun 3 illik hegemonluğuna son qoyublar. “Benfika” turnirin başa çatmasına 2 tur qalmış 73 xal toplayaraq ən yaxın izləyicisi “Sportinq” üçün əlçatmaz olub. “Sportinq”in aktivində 66 xal var.
0
0