“Benites gələn həftə dünyanın ən yaxşı baş məşqçisi olacaq”
31.05.2015 - 14:30
“Benites gələn həftə dünyanın ən yaxşı baş məşqçisi olacaq”

Madridin “Real” klubunu Rafael Benitesin çalışdıracağı artıq dəqiqləşmək üzrədir. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, “kral klubu”nun vitse-prezidenti Eduardo Fernandes de Blas bu barədə açıqlama verib.

 

Üç gün bundan əvvələ qədər dünyanın ən yaxşı baş məşqçisi Karlo Ançelottini hesab etdiyini deyən vitse-prezident, gələn həftədən etibarən onun üçün ən yaxşı baş məşqçinin Rafael Banites olacağını bildirib.