“Benitesin rəhbərliyi altında məni hər şey qane edir”
23.07.2015 - 14:34
“Benitesin rəhbərliyi altında məni hər şey qane edir”

Madrid “Real”ının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç komandanın yeni baş məşqçisi Rafael Benitesdən razıdı. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu ispaniyalı çalışdırıcı haqda müsbət fikirlər səsləndirib.

 

Modriç qeyd edib ki, Beniteslə işləmək onun üçün rahatdı: “Hamı yeni baş məşqçinin rəhbərliyi altında həvəslə çalışır. Ötən mövsümlə müqayisədə indi komandanın durumu daha yaxşıdı. Keçənilki uğursuzluğu unutdurmaq istəyirik. Yoxlama görüşləri önəmli deyil. Əsas odu ki, rəsmi görüşlərdə qələbələr qazanaq. Benitesin rəhbərliyi altında məni hər şey qane edir”.