“Beşiktaş” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir
17.08.2015 - 17:45
“Beşiktaş” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” daha bir ulduz futbolçunu transfer etmək niyyətindədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar” “Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikelə “elçi düşüb”.

 

Türkiyə klubu bununla bağlı qarşı tərəfə artıq müraciət edib. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo da nigeriyalının gedişinin əleyhinə deyil. Çünki Mikel portuqaliyalı mütəxəssisin planlarına daxil deyil. Əsas heyətə düşə bilməyəcəyini dərk edən 28 yaşlı oyunçu özü də komandasını dəyişmək istəyir. Yaxın günlərdə onun “Beşiktaş”a keçidinin baş tutması istisna deyil.

 

Qeyd edək ki, Con Obi Mikel 2006-cı ildən “Çelsi”də çıxış edir.