“Beşiktaş” futbol klubu “Çelsi”nin kamerunlu hücumçusu Samuel Eto’O ilə rəsmi danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, artıq klub futbolçuya ildə 8 milyon avroluq rəsmi müqavilə də təklif edib.
Eto’O yay mövsümündə “Çelsi” ilə yeni müqavilə imzalamasa, azad agentə çevriləcək və istədiyi kluba keçə bilər. Maraqlıdır ki, baş məşqçi Joze Mourinyo kamerunlu futbolçunu Çempionlar Liqasının “Atletko” ilə yarımfinal görüşünə aparmayıb. London klubunun yayda madridlilərin hücumçusu Dieqo Kostanı alacaqları ilə bağlı xəbərlərin yayılması isə Eto’O-nun “Çelsi”dəki gələcək karyerasında həlledici ola bilər.
“Daily Mail”in məlumatına görə, “Beşiktaş” artıq 33 yaşlı kamerunluya 6,5 milyon funtluq (8 milyon avro) təklif irəli sürüb. İstanbul klubunun baş məşqçisi “Mançester Siti”nin müdafiəçisi Coleon Leskott və “Lion”un hücumçusu Baftembi Qomisə də maraq göstərir.