Azərbaycan millisinin futbolçusu Kamran Ağayevin yeni komandası “Kayserispor”un Türkiyə Kubokundakı rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, E qrupunu lider kimi tamamlayan Kayseri təmsilçisi 1/8 finalda güclü “Beşiktaş”la qarşılaşacaq.
F qrupunda mübarizə aparan “qara-qartallar” son turda “Çaykur Rizəspor”la qolsuz bərabərə qalıb və 10 xalla 2-ci yeri tutub. Milli komandamızın sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor” isə növbəti mərhələdə “Tuzlaspor”a rəqib olacaq.
Ümumiyyətlə, Türkiyənin “dörd böyük” klubu “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” Türkiyə Kubokunda yoluna davam edirlər. 1/8 finaldakı bütün cütlüklər aşağıdakı kimidi:
“Tuzlaspor” – “Manisaspor”
“Trabzonspor” – “Sivasspor”
“Bursaspor” – “İstanbul Başakşəhər”
“Karabükspor” – “Mersin İdmanyurdu”
“Kayserispor” – “Beşiktaş”
“Çaykur Rizəspor” – “Fənərbaxça”
“Qalatasaray” – “Konyaspor”
“Gənclərbirliyi” – “Əskişəhərspor”
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları fevralın 10-12-si aralığında keçiriləcək. Bu mərhələnin oyunları qrup birincilərinin meydançasında keçiriləcək.