“Beşiktaş”da Demba Ba şousu
07.08.2014 - 00:23
“Beşiktaş”da Demba Ba şousu

 

Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Hollandiyanın “Feyenord” klubunu qəbul edib. Apasport.az saytının məlumatına görə, səfərdə 2:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi ev oyununda 3:1 hesabı ilə qələbə çalaraq növbəti mərhələyə yüksəlib.

 

“Beşiktaş”ın heyətində hər üç qolu bir qədər öncə “Çelsi”dən transfer edilən Demba Ba vurub. Ba qolları 28, 62 və 80-ci dəqiqələrdə vurub.

 

Qeyd edək ki, seneqallı oyunçu ilk dəfə “Beşiktaş”ın heyətində əsas heyətdə meydana çıxıb.