“Beşiktaş”ın baş məşqçisi: Matçın favoritidi “Liverpul”du
18.02.2015 - 22:38
“Beşiktaş”ın baş məşqçisi: Matçın favoritidi “Liverpul”du

“Hər şeydən əvvəl, yaxşı bir oyun göstərmək üçün səfərə gedirik. Apasport.az saytının məlumatına görə, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç deyib.

 

Xorvatiyalı mütəxəssis Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində səfərdə “Liverpul”la oyunöncəsi fikirlərini bildirib: “Liverpul” dünya səviyyəli bir klubdu. Onlar bu görüşün favoritidi. Yaxşı qələbə seriyası əldə ediblər. Son 15 qarşılaşmada yalnız 1 görüşdə uduzublar”.

 

Qeyd edək ki, “Liverpul” – “Beşiktaş” matçı sabah Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.