“Beşiktaş”ın yarımmüdafiəçi Gökan Törə “Atletiko”nun “radar”ına düşüb. Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçu İspaniya klubunun məşqçi qərargahının diqqətini cəlb edib.
Belə ki, Madrid təmsilçisinin nümayəndəsi Superliqanın XX turu çərçivəsində “Beşiktaş”ın İstanbulda “Bursaspor”la görüşünü izləyib. 3:2 hesabı ilə “qara qartallar”ın qalib gəldiyi matçın 87-ci dəqiqəsində Törə komandasını hesabda önə çıxarıb.
Qeyd edək ki, Rusiya “Rubin”inə məxsus olan 23 yaşlı futbolçu 2013-cü ildən “Beşiktaş”ın şərəfini qoruyur. O, cari mövsümdə 18 matçda forma şansı əldə edib və rəqib qapılarından 3 top keçirib.