“Biz dünyanın ən yaxşısıyıq”
26.03.2014 - 00:01
“Biz dünyanın ən yaxşısıyıq”

 

 

“Barselona” futbol klubunun prezidenti Xose Mariya Bartomeu “El Klassiko”da “Real” üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, Bartomeu klubunun dünyanın ən yaxşı komandası olduğunu bildirib.

 

Klub prezidenti onlar üçün heç nəyin dəyişmədiyini vurğulayıb: “Biz oyunçularımıza sonsuza qədər inanırıq. Mən həmişə demişəm ki, bizim oyunçularımız dünyanın ən yaxşılarıdır və onlar da bunu sübut etdilər. Onlar çox gözəl oynadılar. İndi biz liderlərdən cəmi 1 xal geridəyik. Yenidən birinci olmaq üçün qalan oyunlarda hər şeyi etməyə çalışacağıq”.