“Boluspor” Subaşiçin komandasına divan tutdu
14.09.2014 - 20:39
“Boluspor” Subaşiçin komandasına divan tutdu

Türkiyə PTT I Liqasında II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yığma komandamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə “Boluspor”la üz-üzə gəlib.

 

Ötən tur xal üzünə həsrət qalan serb əsilli azərbaycanlı futbolçunun komandası meydana çıxmağa peşman olub. Qarşılaşma “Boluspor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Manisaspor"un darmadağın olduğu görüşdə Subaşiç start heyətdə yer alıb və oyunu əvəzlənmədən başa vurub.

 

Qeyd edək ki, Branimirin komandası 2 oyundan sonra sonuncu pillədə qərarlaşıb.