“Bordo” Zidanı istəyir
01.05.2014 - 20:19
“Bordo” Zidanı istəyir

 

Fransanın “Bordo” futbol klubunun rəhbərliyi Zinəddin Zidanı komandanın baş məşqçisi postuna dəvət etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, hazırda komandanı Frensis Jiyo çalışdırır.

 

Dünya və Avropa çempionu Zinəddin Zidan “Real Madrid” klubunda Karlo Ançelottinin başçılıq etdiyi məşqçi heyətinə daxildir. Amma o, mövsümün sonunda bu postu tərk etməyə hazırlaşır. Bundan əvvəl Zidanla “Monako” klubunun da maraqlandığı bildirilirdi. Amma klub rəhbərliyi hazırkı baş məşqçi Klaudio Ranyeri ilə ayrılmaq niyyətində olmadığını açıqlayıb.

 

Zidan karyerasının əvvəlində “Bordo”da çıxış edib və bu klubla İntertoto Kubokunu qazanıb. Klub bu mövsüm turnir cədvəlində yeddinci yerdədir. “Bordo” 35 turdan sonra 48 xal toplayıb və altıncı yerdə gedən “Marsel”dən 5 xal geri qalır.