“Borussiya” İlkay Gündoğanla bağlı qərarını açıqladı
30.04.2015 - 17:51
Dortmund “Borussiya”sı aparıcı futbolçusu İlkay Gündoğanla bağlı yekun qərarını verib. Apasport.az saytının məlumatına görə, klub Türkiyə əsilli yarımmüdafiəçinin müqaviləsini yeniləməmək qərarına gəldiyini rəsmən bəyan edib.
Avropa nəhənglərinin gündəmində olan Gündoğanın “Borussiya” ilə müqavilə müddəti 2016-cı ilin yayına qədərdi. Bunu uzatmayacağını açıqlayan dortmundlular bu yay futbolçunu sərfəli qiymətə satacaqlar.
Hazırda İlkay Gündoğanı transfer etmək istəyən klublar arasında “Arsenal”, “Mançester Yunayted” və “Bavariya”nın adı xüsusi hallandırılır.
0
0