“Borussiya” İtaliya çempionatının bombardirini aldı
03.06.2014 - 02:36
Dortmund “Borussiya”sı italiyalı hücumçu Çiro İmmobile ilə 5 illik müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, İmmobile buna qədər Robert Levandovskinin geyindiyi 9 nömrəli formanı alacaq.
Almaniya KİV-nin yazdığına görə, “Borussiya” İmmobile üçün “Torino”ya 19,5 milyon avro ödəyib.
“Borussiya”nın idman direktoru Mixael Tsork Çironun dinamik hücumçu olduğunu vurğulayıb: “O, Avropanın aparıcı çempionatlarından birində öz keyfiyyətlərini nümayiş etdirə bilib. Bu, bizim klubumuzun futbolçulara tələblərinə tam cavab verir”.
0
0