“Borussiya” serb futbolçunu satmağa hazırdı
26.12.2015 - 20:24
“Borussiya” serb futbolçunu satmağa hazırdı

Dortmund “Borussiya”sı müdafiəçi Neven Subotiçi satmağa hazırdı. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, klub serb futbolçunu istəyən klublarla yanvarda danışıqlar masası arxasına keçməyə hazırdı.

 

Baş məşqçi Tomas Tuhelin planlarına daxil olmayan oyunçu cari mövsüm cəmi iki oyunda meydana çıxa bilib.

 

Müqavilə müddəti 2018-ci ildə başa çatacaq müdafiəçinin “Liverpul”a keçəcəyi deyilir.