Çempionlar Liqasının 1/4 finalında turniri tərk edən və Premyer Liqada çempionluq uğrunda yarışdan kənarda qalan “Mançester Yunayted”in baş məşqçi Devid Moyeslə yollarını ayıracağı yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanların” rəhbərliyi “Borussiya Dortmund”un baş məşqçisi Yurgen Kloppu komandaya gətirmək istəyir.
İngiltərə mətbuatı yazır ki, “MY”nun yeni baş məşqçisi postuna bir çox məşhur məşqçilərin adları çəkilir. İddiaya görə, hətta ötən həftə Lui van Qalla danışıqlar da aparılıb. Amma “Mançester Yunayted”in bütün hallarda Kloppa üstünlük verəcəyi bildirilir.
Bundan əvvəl isə İspaniya mətbuatı “Barselona”nın da Yurgen Kloppun namizədliyini nəzərdən keçirdiyini yazmışdı.