“Borussiya”nın futbolçusu “şeytan” oldu
02.07.2016 - 19:15
“Borussiya”nın futbolçusu “şeytan” oldu

“Borussiya”nın futbolçusu Henrik Mxitaryan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, erməni futbolçu “Mançester Yunayted”lə anlaşıb.

 

Bu barədə Dortmund klubndan açıqlama yayılıb. Ancaq hələlik “qırmızı şeytanlar”la yarımmüdafiəçi arasında anlaşmanın hansı müddətə nəzərdə tutulduğu barəsində məlumat yoxdur.

 

Qeyd edək ki, 2013-cü ildən “Borussiya”nın formasında çıxış edən Henrik Mxitaryan keçirdiyi 140 oyunda 41 dəfə rəqib qapıçıları məyus edib.

0