“Borussiya”nın futbolçusu yığmamızdan uzaq düşdü
01.06.2015 - 16:09
“Borussiya”nın futbolçusu yığmamızdan uzaq düşdü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iyunun 2-dən 9-dək Bakıda, iyunun 10-dan 16-dək isə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunan Bilal Sezer hazırlıqlara qatılmayacaq.

 

Buna səbəb Almaniyanın “Borussiya” (Mönxenqladbax) klubunun üzvünün zədəli olmasıdı. Onun əvəzinə yığmaya “İnter” klubundan Tural Hümbətov dəvət olunub.

 

Qeyd edək ki, milimiz AVRO-2017-nin seçmə mərhələsinin iyunun 17-də keçiriləcək ilk matçında səfərdə Farer adaları ilə qarşılaşacaq.