“Borussiya”nın stadionunda bomba tapıldı
26.02.2015 - 17:02
Dortmund “Borussiya”sının stadionu “Siqnal İduna Park”da bomba tapılıb. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bombanı bu gün stadion işçiləri tapıblar.
VİP-loja yaxınlığında olan bombanın II Dünya Müharibəsindən qaldığı məlum olub. Olduqca ağır olan ingilis bombası hələ də zərərsizləşdirilməyib. Yerli polis bunun üçün öncə stadionun içini və ətrafını boşaldıb, 250 metrlik məsafədəki bütün dükanlar bağladılıb.
Qeyd edək ki, təkcə Almaniyanın paytaxtı Berlində hələ də II Dünya Müharibəsindən qalmış 3 minə yaxın bombanın kəşf edilmədiyi bildirilir.
0
0