“Böyük oyun”un başlama saatı açıqlandı
26.03.2014 - 14:08
“Böyük oyun”un başlama saatı açıqlandı
Həftəsonu Topaz Premyer Liqasında IV dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, XXVIII turun oyun cədvəli açıqlanıb.

Turun mərkəzi matçı “Bakcell Arean”da “Neftçi” ilə “Xəzər Lənkəran” arasında olacaq. Azarkeşlərin maraqla gözlədiyi “Böyük oyun” saat 17:00-da başlayacaq.

28 mart (cümə)
15:00. “Sumqayıt” – AZAL

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

29 mart (şənbə)
15:00. “Bakı” – “Simurq”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. “Neftçi” – “Xəzər Lənkəran”
“Bakcell Arena” stadionu

30 mart (bazar)
17:00 “İnter” – “Rəvan”

“Şəfa” stadionu

18:00 “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu