“Bu, siz düşündüyünüz formada görüş deyildi”
22.04.2014 - 11:47
“Bu, siz düşündüyünüz formada görüş deyildi”

“Samet Aybaba ilə AFFA rəhbərliyi arasında görüş olub”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

“Rəvan”ın baş məşqçisi Güvənç Kurtar Türkiyə mətbuatına müsahibəsində türkiyəli məşqçi Samet Aybabanın AFFA prezidenti ilə görüşdüyünü və Aykut Kocamanın Foqtsun yerinə namizəd ola biləcəyini deyib.


Məmmədov bildirib ki, bu görüş tanışlıq xarakterli idi: “Samet Aybaba ilə görüş oldu. Ancaq bu, siz düşündüyünüz formada görüş deyildi. Sadəcə, tanışlıq xarakterli görüş idi”.