“Bu formanı geyindiyimlə fəxr edirəm”
24.08.2015 - 08:53
“Bu formanı geyindiyimlə fəxr edirəm”

“Levski”dən ayrılmaq haqda qərarı çox çətinliklə verdim. Bu komandada keçirdiyim günləri heç vaxt unutmayacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin transfer etməyə yaxın olduğu Antonio Salas Kuinta Aniete deyib.

İspaniyalı futbolçu son illər çıxış etdiyi Bolqarıstan “Levski”si haqda fikirlərini açıqlayıb: “Ölkəsinin ən böyük klubunda hansı hisslər keçirdiyimi sözlə ifadə etmək çətindi. Bu klubun azarkeşlərinə təşəkkür edirəm. Onlar komandanı necə sevməyi göstərdilər. Sofiya təmsilçisində əsl ailə gördüm. Bolqarıstanda çox sayda dostlar tapdım. “Levski”yə yeni mövsümdə uğurlar arzulayıram. Bundan sonra komandanın hər oyununu izləyəcəm. Mən komandanın göy formasını geyindiyimlə fəxr edirəm”.