“Bu gün bizim qələbə istəyimiz daha çox idi”
28.03.2014 - 17:39
“Maraqlı oyun alındı. AZAL bizim üçün həmişə çətin rəqib olub”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.
“Sumqayıt” Topaz Premyer Liqasının XXVIII turunun açılış matçında AZAL-ı 2:1 hesabı ilə məğlub etdi. Oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib: “Komandaya qələbəyə görə təşəkkür edirəm, sona kimi oynadılar. Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikləri üçün minnətdaram. Məğlub ola da bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi”.

0
0