“Bu səhvlər bizim üçün dərs olacaq”
02.06.2014 - 08:12
“Asan oyun olmadı. Təbii ki, qələbə qazandığımız üçün sevinirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç U-21 yığmasının baş məşqçisi Leyf Qunnar Smerud deyib.
Skandinaviyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. Smerud 1:0 hesablı qələbədən razı qalıb: “Lakin məni narazı salan məqamlardan biri yaradılan imkanların yalnız birindən istifadə etməyimiz oldu. Ümid edirəm ki, bu oyunda yol verdiyimiz səhvlər növbəti qarşılaşmalarda futbolçularımız üçün yaxşı dərs olacaq”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0