“Böhran başlayandan Ukraynada futbolçuların qazancı aşağı düşüb. Bəzi futbolçulara isə ümumiyyətlə pul almır”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol agenti Dmitri Selyuk deyib.
Ukraynalı futbolçuların başqa ölkələrə axınına şərh verən Selyuk oyunçuların azərbaycana da üz tutmasını maliyyə məsələləri ilə bağlayıb: “Onların nəyin hesabına yaşadığını bilmirəm. Yəqin ki, bukmeker kontorlarına pul qoyuluşu ilə başlarını saxlayırlar. Əvvəllər futbolçu “Tavriya”da 40 min dollar maaş ala bilirdi. İndiki qiymətləri dəqiq bilmirəm. Amma Moldova və Azərbaycanda futbolçulara verilən pulun məbləği daha yüksəkdi. Bu üzdən də oyunçular Ukraynadan həmin ölkələrə getməyə başlayıb. Düzdü, orada əvvəl Ukraynada təklif olunan qədər deyil. Amma indi vermək mümkün olandan çoxdu”.