“Sevastopolda möhtəşəm azarkeş dəstəyi var. Belə fanatlarla indiyədək heç yerdə rastlaşmamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sevastopol” klubunun rusiyalı futbolçusu Adil İbrahimov deyib.
2013-14-cü illərdə Topaz Premyer Liqasında çıxış edən “Sumqayıt”ın formasını geyən 26 yaşlı müdafiəçi Krımda futbola olan azarkeş marağından məmnun qalıb. O bildirib ki, Azərbaycanda oynadığı müddətdə də belə dəstək görməyib: “Rusiyanın I divizionunda, Latviya və Azərbaycanda oynasam da, onların heç birində bunu görməmişəm. Bu amil də çox xoşdu. Meydana çıxanda klub rəmzlərinə boyanan azarkeş ordusunu görmək hər futbolçuda müsbət hisslər yaradır”.
Qeyd edək ki, İbrahimov “Sumqayıt”da 32 oyun keçirib.