“Bursaspor” Kristof Daumu istefaya göndərdi
25.03.2014 - 22:11
“Bursaspor” Kristof Daumu istefaya göndərdi

 

 

Türkiyənin “Bursaspor” futbol klubu baş məşqçi Kristof Daumu istefaya göndərib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssislə razılaşma birtərəfli qaydada ləğv edilib.

 

Klub rəhbərliyi Daumun mövsümün sonuna qədər almalı olduğu pulu ödəyəcək. Daumun köməkçilərindən olan belçikalı Rudi Verkempinkçin də razılaşması ləğv edilib. Onun digər köməkçisi İrfan Buz isə komanda ilə işləyəcək.