“Sabah ilk oyunumuzdur. Evdə oynadığımız üçün çalışacağıq ki, azarkeşlərimizi sevindirək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin Sloveniya “Koper”i ilə sabah Bakıda keçiriləcək ilk oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılan yarımmüdafiəçi matç haqda danışıb: “Onları matça dəvət edirik. Özümü Rəşad Sadiqov olanda da, olmayanda da yaxşı hiss edirəm. Kauenin komandaya gəlməsi yaxşıdır ki, rəqabət olacaq. Baş məşqçi mənə etimad göstərsə, çıxıb canla-başla həmin mövqedə oynayacağam”.