“Çelsi” 2 futbolçunun transferi üçün 120 milyon funt-sterlinq ayırdı
21.08.2015 - 15:31
Transfer dönəmi sona yaxınlaşdığından, “Çelsi” fəallığını artırır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “zadəganlar” daha iki futbolçunu heyətinə cəlb etmək niyyətindədi.
Baş məşqçi Joze Mourinyo “Yuventus”un dayaq yarımmüdafiəçisi Pol Poqba və “Everton”un müdafiəçisi Con Stounzu ixtiyarında görmək istəyir. Artıq hər iki oyunçunun klubu ilə danışıqlara start verilib. Rəhbərlik bu iki transfer üçün 120 milyon funt-sterlinq ayırıb.
Qeyd edək ki, yay fasiləsini passiv keçirən “Çelsi”nin ən səs-küylü transferi dünən alınan Pedro Rodriges olub.
0
0