“Çelsi” Dieqo Kosta ilə müqavilə bağladı
02.07.2014 - 01:17
Londonun “Çelsi” klubu İspaniyanın “Atletiko Madrid” klubunun 25 yaşlı hücumçusu Dieqo Kostanın alındığını elan edib. Apasport.az saytının məlumatına görə, bununla bağlı klubun rəsmi saytında informasiya yerləşdirilib.
London klubu futbolçunun alınması üçün tələb olunan miqdarı “Atletiko”ya ödəməyə söz verib. Hələlik Kostanın neçəyə satıldığı açıqlanmır.
Bundan əvvəl Joze Mourinyo klub rəhbərliyindən Kostanın alınmasını tələb etdiyini etiraf etmişdi. O zaman futbolçunun qiymətinin 40 milyon avro olduğu iddia edilirdi.
0
0