“Çelsi” Luis Felipeni də “Atletiko”dan qopardı
16.07.2014 - 23:01
“Çelsi” klubu “Atletiko Madrid”in daha bir futbolçusunu alıb. Apasport.az saytının məlumatına görə, Arda Turanın yaxın dostu olan Luis Felipe növbəti mövsümdən London klubunun şərəfini qoruyacaq.
“Çelsi”nin rəsmi saytında xəbər təsdiq edilib. Hələlik tərəflər son detalları müzakirə edirlər. Felipe tibbi müayinədən keçəndən sonra müqavilə imzalayacaq.
İlkin məlumata görə, transfer 20 milyon funra başa gəlib.
0
0