“Çelsi” Nemaya Matiçin maaşını artırmağa hazırlaşır
01.03.2015 - 14:02
“Çelsi” yarımmüdafiəçisi Nemaya Matiçin maaşını ciddi artırmaq fikrindədi. Apasport.az saytının məlumatına görə, yeni müqaviləyə əsasən, serbiyalı futbolçu ildə təxminən 1,5 milyon, və ya həftədə 100 min funt-sterlinq qazanacaq.
“Zadəganlar”ın baş məşqçisi Joze Mourinyonun əsas oyunçularından biri olan Matiçi portuqaliyalı çalışdıcırı komandada saxlamaq istəyir.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2014-cü ildə “Çelsi”yə “Benfika”dan keçib. O, London klubunda 3 qol vurub və 3 dəfə də ötürmənin müəllifi olub. Nemaya cari mövsümdə - 37 matçda bütün görüşlərin hamısında forma geyinib.
0
0