“Çelsi” rəhbərliyi: Kurtua bizə qarşı oynasa, geri qayıdacaq
12.04.2014 - 15:56
“Çelsi” rəhbərliyi: Kurtua bizə qarşı oynasa, geri qayıdacaq

İngiltərənin “Çelsi” klubu İspaniya “Atletiko”suna icarəyə verdiyi qapıçı Tibo Kurtua ilə bağlı növbəti addım atıb. Apapsort.az saytının məlumatına görə, London klubu tərəflər arasında müqavilənin şərtlərinin pozulmaması üçün madridlilərə hədə-qorxu gəlməyə başlayıb.

Məsələ onadır ki, belçikalı əlcək sahibi icarəyə verilərkən müqavilədə onun məxsus olduğu kluba qarşı oynamaq hüqyuqu olmadığı yazılıb. Bu şərti pozmaq üçün “Atletiko” 6 milyon avro ödəməlidir. İndi isə bu komandalar Çempionlar Liqasının yarımfinalında üz-üzəı gəlməlidir.

Müqavilə imzalanarkən “Atletiko”da bu şərtlə razılaşsa da, indi UEFA klubların əldə etdiyi razılığı pozmağa qərar verib. Qurum Kurtuanın oynamasının mümkünlüyünü açıqlayıb.

Bununla barışmayan “Çelsi” ispaniyalılara xəbərdarlıq edib. Əgər onlar UEFA-nın dediyi kimi Kurtuanı meydana buraxsa və 6 milyonu ödəməsə, Tibo yayda Londona qaytarılacaq, “Atletiko” qapıçı ilə vidalaşacaq.