“Çelsi”də işləməyimi Roman Abramoviç istəyir”
20.02.2015 - 22:12
“Çelsi”də işləməyimi Roman Abramoviç istəyir”

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo gələcək taleyi ilə bağlı fikirlərini açıqalayıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin yayında London klubu ilə müqaviləsinin müddəti başa çatacaq portuqaliyalı mütəxəssis heç bir komanday getməyi düşünmür.

 

Mourinyo bildirib ki, onu “zadəganlar”ın “sükanı arxası”nda qalmasını klubun sahibi Roman Abramoviç istəyir: “Mənim hələ “Çelsi” ilə müqaviləm var. Burada qalmaq istəyirəm və digər klublardan təkliflər gözləmirəm. Heç bir komandaya getməyi düşünmürəm. Burada işləyəcəyəm. Hələ ki, bunu cənab Abramoviç istəyir”.